...

Diaspor gəncləri sosial şəbəkələrdə 18 dildə posterlər paylaşıblar

28.02.2022

Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin üzvləri Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar müxtəlif sosial şəbəkələrdə məlumatlandırıcı aksiya keçiriblər.

Gənclərin təşəbbüsü ilə 18 dildə hazırlanan posterlər #JusticeforKhojaly, #Khojaly30, #KhojalyGenocide həştəqləri ilə sosial şəbəkələrdə paylaşılıb. 5 səhifədən ibarət posterlərin üzərinə Xocalı faciəsi haqqında daha böyük məlumat almaq üçün QR-kod əlavə edilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.