Ukraynada yaşayan azərbaycanlıların nəzərinə!
Diasporla İş üzrə Dövlər Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyərək, Ukraynada yaşayan soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gətirilməsi üçün bütün imkanlarını səfərbər edib.
Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir. Ukraynanın xüsusilə gərginliyin hökm sürdüyü bölgələrində yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 (98) 949 7038 telefon nömrəsi və raukyiv@gmail.com email ünvanı ilə əlaqə saxlaya bilərlər. Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.
Bundan başqa, Dövlət Komitəsi Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.
Polşadakı Azərbaycan Evinə +48 732 858 585,
Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89
telefon nömrələri vasitəsilə müraciət etmək olar. Telefon nömrələri 24 saat aktivdir.
Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır.