...

Londonda yaşayan soydaşlarımız Xocalı soyqırımı qurbanlarına ithaf olunan klipi təqdim ediblər

26.02.2022

London şəhərində yaşayan soydaşlarımız Xocalı soyqırımı qurbanlarına ithaf etdikləri “Chiquilin de Bachin” əsərinin videoklipini təqdim ediblər.

Xocalı soyqırmının 30-cu ildönümü ərəfəsində lentə alınmış klipdə əsəri Səadət Fərziyeva (piano), Rasim Fərziyev (kamança) və Tereza Mostallino (kamança) ifa ediblər. Tereza diaspor üzvümüz Nərminə Məmmədovanın qızıdır.

Videoklipdə 613 Xocalı qurbanının fotosu və Xocalı soyqırımı barədə qısa məlumat da yerləşdirilib.

Tanqo janrında bəstələnmiş mahnının müəllifləri argentinalı bəstəkar Astor Pyatsolla (Astor Piazzolla) və şair Horasio Ferrerdir (Horacio Ferrer).

https://youtu.be/V2qoggUlrkk