...

Finlandiya paytaxtında Xocalı soyqırımına dair məlumatlandırma aksiyası təşkil edilib

26.02.2022

Helsinki şəhərinin mərkəzi hissəsində Xocalı soyqırımının 30-u ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Finlandiya Azərbaycanlıları Koordinasiya Şurasının və Azər-Türk Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Finlandiya parlamentinin yaxınlığındakı Helsinki Musiqi Evinin (Musiikkitalo), “Kampi” ticarət mərkəzinin qarşısında və digər yerlərdəki elektron lövhələrdə Xocalı soyqırımı həqiqətlərini əks etdirən məlumat yerləşdirilib. Məlumatlarda “Xocalını xatırla!”, “Xocalıya ədalət!” şüarları, 26.02.1992 tarixi və “30” rəqəmi yazılıb.

Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən gerçəkləşdirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində baş tutub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.