Misirli tələbə Abbas Səhhətin “Vətən” şeirini səsləndirib
Misirli tələbələrin Azərbaycan poeziyasına maraq göstərməsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki Azərbaycan dili kurslarının böyük rolu var.
Bu yaxınlarda cəmiyyətin müdavimi Əsma Əhməd görkəmli Azərbaycan şairi Abbas Səhhətin “Vətən” şeirini azərbaycanca səsləndirib.
Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki Azərbaycan dili kurslarında dünyanın 40 ölkəsindən 1500-dən çox tələbə ödənişsiz olaraq təhsil alıb. Hazırda dünyanın 35 ölkəsindən 400-ə yaxın tələbə təhsil alır. Dilimizi öyrənən müdavimlər müntəzəm olaraq Azərbaycan klassik ədəbiyyatının görkəmli şairlərinin şeirlərini səsləndirir, ərəb mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edirlər.