50 nəfərin iştirakı ilə Xocalı-30 videoçarxı hazırlanıb
Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkə vətəndaşlarının və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı videçarx hazırlayıb.
“Xocalıya ədalət”, “Xocalını unutmadıq” şüarlarının müxtəlif dillərdə səsləndiyi videoçarxda 50 nəfər iştirak edib. Hər bir xalqın nümyəndəsi bu şüarları öz dilində səsləndirib.
Xocalı-30 videoçarxı bu gündən Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV-də və sosial şəbəkə hesablarında yayılmağa başlayıb.
Videoçarxı aşağıdakı link vasitəsilə izləmək olar: