Çexiyadakı soydaşlarımız Gənclər Gününü qeyd ediblər
Çexiyanın Brno şəhərində Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Çexiyada yaşayan azərbaycanlıların təşkilatçılığı ilə baş tutan tədbirdə Gənclər Gününün əhəmiyyətindən, Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi, humanitar sahələrində və diaspor quruculuğunda öynadığı müstəsna xidmətlərdən danışılıb.
Vətən müharibəsi dönəmində gənclərin torpaqlarımızın erməni işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə göstərdikləri şücaətin bütün dünyanı heyrətə gətirdiyi, xaricdə yaşayan gənc soydaşlarımızın Azərbaycan həqiqətlərini yorulmadan və usanmadan dünya ictimaiyyətinə çatdırdığı, bu istiqamətdə təşkil olunan izdihamlı aksiyalarda fəallıqları ilə seçildiyi xüsusilə vurğulanıb.
Çexiyada yaşayan azərbaycanlı gənclərin diaspor fəaliyyətinə mütəşəkkil və sistemli şəkildə qoşulmasının yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.