...

Zalsburqdakı Azərbaycan icmasının rəhbəri Türkiyənin Baş konsulu ilə görüşüb

03.02.2022

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri və Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov Türkiyənin Baş konsulu Günay Babadoğan Ertanla görüşüb.

Türkiyənin Zalsburqdakı Baş konsulluğünda gerçəkləşən görüş zamanı Azərbaycan icmasının və Azərbaycan Evinin gördüyü işlər, həyata keçirdiyi layihələr barədə müfəssəl məlumat verilib, diasporlarımızın birgə fəaliyyət planları müzakirə edilib.

Ölkəsinin və xalqının hər zaman Azərbaycanın yanında olduğunu bir daha nəzərə çatdıran türkiyəli diplomat bildirib ki, Azərbaycan icmasının keçirdiyi tədbirlərdə məmnuniyyətlə iştirak edirlər və bundan sonra da “bir millət, iki dövlət” ənənəsinə uyğun olaraq qardaş icmaya hər cür dəstək göstərməyə hazırdırlar. Baş konsul Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını da bölüşüb.

Görüşün sonunda Baş konsula tanınmış fotoqraf Reza Deqatinin Azərbaycanı əks etdirən fotolarından ibarət kitabı və milli süvenirlərimiz təqdim edilib.