...

Nantdakı “Qarabağ” məktəbində 20 Yanvar hadisələrindən bəhs edilib

21.01.2022

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbində növbəti dərsin mövzusu 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilib.

Dərs zamanı 32 il öncə baş verənlərin tarixinə qısa ekskurs edilib. SSRİ rəhbərliyinin məsuliyyətsiz və cinayətkar xarakterli davranışının Bakıda və Azərbaycanın digər bölgələrində dinc azərbaycanlılara qarşı qanlı qırğınlara gətirib çıxardığı, amansız və qəddar cinayət zamanı məktəbli uşaqların da atəşə tutulduğu və həlak olduğu nəzərə çatdırılıb.

Qeyd edilib ki, SSRİ rəhbərliyinin qanlı ssenarisi erməni separatizminə etiraz edən və respublikamızın ərazi bütövlüyünün təmin olunmasını tələb edən xalqımızın haqq səsini boğa bilməyib. Xalqımızın milli azadlıq mübarizəsi 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin bərqərar edilməsi ilə nəticələnib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli Qarabağ bölgəmizin erməni işğalçılarından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması 20 Yanvar şəhidlərinin müqəddəs arzusunu reallığa çevirib.

Dərz zamanı 20 Yanvar hadisələrini əks etdirən film nümayiş olunub.