Ukrayna mediasında 20 Yanvar hadisələrindən bəhs olunub
Ukrayna https://kyivdiplomatic.com/ua xəbərlər saytında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Qara Yanvar 1990-cı ilin kədərli hadisəsini xatırladır” sərlövhəli məqalə yerləşdirilib.
Kiyev Əqli Mülkiyyət və Hüquq İnstitutunun professoru, hüquq elmləri doktoru, Ukrayna Azərbaycanlıları Alimlər Şurasının sədri Arif Quliyevin qələmə aldığı məqalədə 20 Yanvar hadisələrinin səbəbləri və mahiyyəti, erməni müşavirlərlə əhatə olunan Mixail Qorbaçovun xalqımıza qarşı qərəzli, yolverilməz və ermənipərəst siyasət yürütdüyü barədə ətraflı məlumat verilib, ümummilli lider Heydər Əliyevin 20 Yanvar barədə fikirlərinə yer verilib. Bu faciənin xalqımızın əzmini qıra bilmədiyi, dövlət müstəqilliyinə nail olan xalqımızın 30 illik işğaldan sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda qələbə çaldığı, Azərbaycanın gücünə bütün dünyanın şahid olduğu vurğulanıb.
“Belə bir sual yaranır: nə üçün faşist Almaniyasının rəhbərləri Nürnberqdə mühakimə olundu, 1990-cı il yanvarın 20-də Bakıya qoşun yeritməkdə və dinc sakinləri öldürməkdə günahkar olan sonuncu sovet liderləri cəzalandırılmadılar? Və nəinki cəzalandırılmadılar, faciənin əsas günahkarı törətdiyi cinayətlərə görə Nobel Sülh Mükafatı ilə mükafatlandırıldı”, - deyə müəllif təəssüflə əlavə edib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: