...

Eskişehirdə 20 Yanvar şəhidləri anılıb

20.01.2022

Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi "Çərşənbə Söhbətləri"nin bu həftəki mövzusu 20 Yanvar faciəsinə həsr olunub.

“Azadlığın qanla yazıldığı gecə - 20 Yanvar 1990” adlı tədbirdə çıxış edən dərnəyin sədr müavini Sirac Yaquboğlu 20 Yanvar hadisələri ilə əlaqəli məlumat verib, həmin gündən etibarən əfsanəvi sevgiyə çevrilən İlham və Fərizədən bəhs edib. qeyd olunub ki, 20 Yanvarda qanlı torpağa qırmızı qərənfillər düzüldüyündən, qərənfil həmin günün simvoluna çevrilib.

Daha sonra Sirac Yaquboğlu Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirini, azərbaycanlı tələbələrdən Şamama Xəlilova Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirib.

Tədbir Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydının çıxışı ilə yekunlaşıb.