Truskavets şəhər meri Dövlət Komitəsinə təşəkkürünü bildirib
Ukraynanın Truskavets şəhərinin meri Andrey Kulçinski Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovu təşəkkürnamə ilə təltif edib.
Mer A.Kulçinski və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasovun imzaladıqları təşəkkürnamədə Truskavets şəhərində görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq vokalçılar müsabiqəsinin keçirilməsində göstərdiyi dəstəyə görə DİDK-ya minnətdarlıq ifadə edilib.
Qeyd edək ki, beynəlxalq müsabiqə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Truskavets şəhər şurasının təşkilatçılığı ilə 2-5 dekabr 2021-ci il tarixlərində gerçəkləşdirilib.