...

İstanbulda Həmrəylik Günü qeyd edilib

04.01.2022

Türkiyənin İstanbul şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib.

Azərbaycan Egitim Kültür Dərnəyinin və nəzdindəki Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəbin təşkilatçılığı ilə baş tutan tədbirdə İstanbuldakı Şəhid və Qazi Ailələri Sosial Yardımlaşma və Dayanışma Dərnəyinin sədri Hakan Sulu, Bayrampasa Bələdiyyəsi Kültür Mərkəzinin müdiri Bayram Polat, Heydər Əliyev adına Azərbaycan məktəbinin müdiri Məhəmməd Qarasu, Yesevi Yardim Dərnəyinin, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mübariz İbrahimov adına məktəbin müdiri Məhsəti Şərif Özyürək, Azərbaycanın İstanbuldakı Baş konsullugunun konsulu Anar Axundov və başqaları çıxış edərək, bayramlar münasibətilə soydaşlarımızı təbrik ediblər. Onlar il ərzində məktəbin və dərnəyin gördüyü işlərdən, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Zəfərdən, dunyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyindən danışıblar. Tədbirdə iştirak edən Vətən müharibəsi qazilərinə xüsusi minnətdarlıq bildirilib.

Tədbir bayram konserti ilə davam edib.