...

Bir qrup gənc “İlin diaspor könüllüsü” adına layiq görülüb

29.12.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin “Azərbaycan Diaspor Könüllüləri” proqramının bir qrup iştirakçısı ilə görüşü keçirilib.

Görüşdə çıxış edən Aparat rəhbəri 10 aprel 2019-cu ildən başlayaraq həyata keçirilən proqramın böyük əhəmiyyət kəsb etdiyini, diaspor könüllülərinin Azərbaycandakı könüllülər hərəkatına töhfələr verdiyini, 2020-ci ildə baş verən Tovuz hadisələri, Vətən müharibəsi zamanı sosial media şəbəkələri vasitəsilə informasiya savaşında xüsusi fəallıq göstərdiyini nəzərə çatdırıb.

“Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulduqlarına və fəallıqlarına görə gənclərə minnətdarlığını bildirən Aparat rəhbəri onları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təbrik edib.

Görüşün sonunda Diasporla İş üzrə Dövlət Komitəsində diaspor könüllüsü kimi aktiv fəaliyyətinə görə proqramın bir qrup iştirakçısına “İlin diaspor könüllüsü” plaketləri təqdim olunub.