Mayamidə Həmrəylik Günü qeyd edilib
ABŞ-ın Florida ştatının Mayami şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib.
Florida-Azərbaycan icmasının rəhbəri Esmira Bayramovanın təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan icması üzvləri xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik ediblər. Onlar tarixi vətənləri ilə fəxr etdiklərini, xalqımızın qazandığı hər uğura sevindiklərini nəzərə çatdırıblar. Bildirilib ki, qalib xalqın diaspor üzvü olaraq həmrəylik gününü qeyd etmək, müstəqil Azərbaycan dövlətini xaricdə təmsil etmək soydaşlarımızda xüsusi qürur hissi doğurur və diaspor quruculuğunda daha yüksək hədəflərə nail olmağa sövq edir.
Tədbir musiqili proqramla davam edib.
Turnir iştirakçıları adından UAR həmsədrləri Oleq Krapivin və Hikmət Cavadova, təşkilati dəstəyə görə “Ze!Molodyojka” gənclər təşkilatının rəhbəri, Ukrayna Ali Radasının deputatı Aleksandr Sançenkoya, beynəlxalq əlaqələr departamentinin rəhbəri Alina Poddubnaya və UAR aparat rəhbəri Elşad İbrahimova minnətdarlıq bildirilib. Türkiyə (kapitan Evren bəy), Özbəkistan (kapitan Fərhad Abdullayev), “Dostluq” (kapitan şeyx İmadı), “Ze!Molodyojka” (kapitan Vaqif Nağiyev), Qırğızıstan (kapitan Mirlan bəy) və Azərbaycan (kapitan Yaşar Məmmədov) komandalarının üzvlərinə davamlı uğurlar qazanmaq arzu edilib.