Diaspor fəalları “Qazilərin və şəhid ailələrinin sağlamlığı” layihəsində iştirak ediblər
Azərbaycan diasporunun nümayəndələri “Regionlarda şəhid və qazi ailələrinin sağlamlığı” layihəsi çərçivəsində keçirilən aksiyalarda fəal iştirak edirlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin və "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə 25 dekabr 2021-ci il tarixdə Cəlilabad rayonu Mərkəzi Xəstəxanasında baş tutan növbəti aksiya zamanı Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Səudiyyə Ərəbistanı Krallığındakı əlaqələndiricisi, Ər-Riyad şəhərindəki “İmam Abdulrahman Al Faisal Hospital”ın həkim cərrahı, professor İfrat Bəkirov, “King Saud Medical City”nin həkim reanimatoloqu, professor Gültəkin Bəkirova, Səudiyyə Ərəbistanındakı Azərbaycan icmasının üzvləri – onkoloq-mammoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Əliyeva və uroloq, tibb üzrə fəlsəfə doktoru Emil Muxtarov şəhid ailələrinin üzvlərini və qaziləri muayinə ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Könüllü Həkimlər Assosiasiyası və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası tərəfindən həyata keçirilir.