...

Danimarkadakı Azərbaycan Mədəniyyət Ocağının sədri vəfat edib

24.12.2021

Azərbaycan diasporuna ağır itki üz verib. Danimarkanın Arhus şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının sədri Kərim Urmulu uzun sürən xəstəlikdən dünyasını dəyişib.

1986-cı ildən Azərbaycan Mədəniyyət Ocağına rəhbərlik edən soydaşımız milli mədəniyyətimizin təbliğində, Qarabağ həqiqətlərinin və Ermənistanın qəsbkar siyasətinin yerli ictimaiyyətə çatdırılmasında, Azərbaycan diasporunun təşkilatlanmasında böyük rol oynayıb.

Qeyd edək ki, Kərim Urmulu əslən Güney Azərbaycandandır. 2006-cı ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü olub.

Diasporla İş üzrə Dövlət Komitəsi mərhumun doğmalarına və Danimarkada yaşayan soydaşlarımıza dərin hüznlə başsağlığı verir və onların kədərinə şərik olur.

Allah rəhmət eləsin!