...

Krakov şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

22.12.2021

Polşanın Krakov şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib.

Polşa Azərbaycanlıları Şurası (PAŞ), “Xarı Bülbül” Mədəni Dərnəyi və Varşavada yerləşən Azərbaycan Ticarət Evinin birgə təşkilatçılığı, Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə diasporun, diplomatik korpusun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Xarı Bülbül” Mədəni Dərnəyinin rəhbəri Muxtar Şeyxzamanlı, PAŞ sədri Fərid Cəfərli, PAŞ idarə heyətinin üzvü Nicat Həsənli və başqaları çıxış ediblər. Onlar qalib xalqımızı və dünya azərbaycanlılarını Həmrəylik Günü münasibətilə təbrik edib, başa çatmaqda olan ilin dövlətimiz, xalqımız və duasporumuz üçün uğurlu nəticələrindən danışıblar.

Bayram şənliyi görkəmli bəstəkar Emin Sabitoğlunun əsərlərindən və milli rəqslərimizdən ibarət konsert proqramının təqdim olunması ilə davam edib.