...

“Zəfər turniri-2021” mini-futbol turnirinə yekun vurulacaq

22.12.2021

Dekabrın 24-də “Zəfər turniri-2021” mini-futbol turnirinin final oyunu keçiriləcək.

Ölkəmizin 16 dövlət qurumunun əməkdaşları və könüllülərindən ibarət komandaların qatıldıqları turnirə noyabrın 1-dən start verilib. A, B, C və D qrupları üzrə mübarizənin aparıldığı turnirin final mərhələsində Dövlət Gömrük Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinin komandaları qarşılaşacaqlar. 3-4-cü yerlər uğrunda isə Gənclər və İdman Nazirliyi ilə DOST Agentliyinin komandaları mübarizə aparacaq.

Qeyd edək ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyə Koordinatorluğu nəzdində fəaliyyət göstərən “Karabağ Azerbaycandır Koordine Etme Derneği”nin və “QOLAT Sport Service”-in təşkilatçılığı ilə gerçəkləşdirilib. Turnirin əsas tərəfdaşı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasıdır.

Layihə Vətən müharibəsində ölkəmizin qazandığı parlaq Zəfərin birinci ildönümünə həsr olunub.