...

Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığı alman dilində təqdim edilib

22.12.2021

Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzində Azərbaycan klassik ədəbiyyatının qüdrətli söz ustadları Nizami Gəncəvinin 880, İmadəddin Nəsiminin 650 və Aşıq Ələsgərin 200 illiyi münasibətilə alman dilində “Poeziya Günü” keçirilib.

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev bildirib ki, tədbir çərçivəsində dahi şəxsiyyətlərin əsərləri alman dilində təqdim olunub. Onların arasında Köln Azərbaycan Evinin dəstəyi ilə Almaniyada nəşr olunan yazıçı-alim Orhan Arasın “Nizami Gəncəvinin alman dilindəki aforizmləri”, Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə çap edilən “Nəsiminin seçilmiş əsərləri”, “Aşıq Ələsgərin şeirləri” də olub.

Qeyd edək ki, oktyabr ayında bu kitablar Almaniyanın “Frankfurt am Main” Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib.