Şəhid övladlarının Antalyaya səfəri təşkil edilib
Vətən müharibəsi şəhidlərinin övladları 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi müəllimlərinin müşayiəti ilə Türkiyənin Antalya vilayətində səfərdə olublar.
Bu layihə Təhsil Nazirliyinin 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi, Antalya Böyükşəhər Bələdiyyəsi, Dəmrə Bələdiyyəsi və Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Proqrama əsasən, qonaqlar üç gün ərzində vilayətin rəsmi qurumlarının nümayəndələri ilə görüşüb, Dəmrə və Antalya şəhərlərinin tarixi və görməli yerləri ilə tanış olublar.
Səfər çərçivəsində şəhid övladlarının ədəbi-bədii proqramı təqdim edilib və rəsm sərgisi nümayiş olunub.