...

Nyu-York ştatının Bruklin dairəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

16.12.2021

ABŞ-ın Nyu-York ştatının Bruklin dairəsində Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsinə həsr olunmuş bayram tədbiri keçirilib.
Qafqaz Yəhudiləri Cəmiyyətinin rəhbəri Yakov Abramovun təşkilatçılığı ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları da iştirak edib.
Tədbirə Azərbaycan, yəhudi, rus və türk icmalarının üzvləri, o cümlədən Azərbaycanın ABŞ-dakı səfirliyinin, İslam Əməkdaşlıq Təşkilatının BMT-dəki daimi müşahidəçisi və digər rəsmilər də qatılıb. Çıxışlarda Azərbaycanda doğulmuş yəhudilərin Azərbaycan mədəniyyətinə bağlılığı, yüksək vətənpərvərlik hissləri ifadə edilib, 8 Noyabr – Zəfər günü ilə bağlı Azərbaycan xalqına təbriklər ünvanlanıb.
DİDK-nın 3-cü Ərazi şöbəsinin müdiri Səlhət Abbasova çıxışında xalqlarımız arasındakı dostluğun əbədiliyini və münasibətlərin qorunmasında diasporun rolunu vurğulayıb.
Tədbir Azərbaycan musiqisi və vətənpərvərlik mahnıları ilə davam edib.