Avropa azərbaycanlıları Brüsseldə Prezident İlham Əliyevi qarşılamağa çıxıblar
Avropada yaşayan azərbaycanlılar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.
Onlar əllərində fransız və ingilis dillərində "Cənab Prezident, xoş gəlmisiniz!", "Avropa Azərbaycanlıları Sizi salamlayır!", "Azərbaycan ümumi dəyərlərə hörmət edir!" sözləri yazılmış plakatlar, eyni zamanda Azərbaycan və Avropa İttifaqının bayraqlarını tutublar.
Qeyd edək ki, dekabrın 14-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüş “Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq.