Dövlət Komitəsinin əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər
12 dekabr tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü kimi qeyd olunur.
Bu münasibətlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Dövlət Komitəsinin əməkdaşları ulu öndərin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.