Gənc diaspor fəalları bir neçə dəfə Britaniya çempionu olublar
Birləşmiş Krallıqda yaşayan gənc soydaşlarımız son illər ərzində idman sahəsində böyük uğurlar əldə etməkdədirlər.
Belə gənclər arasında Mançester bölgəsinin Roçdeyl şəhərində yaşayan 18 yaşlı Həyat və 17 yaşlı Adil İqbal Bhattilər də var. Taekvando ilə məşğul olan Həyat üc dəfə, Adil isə iki dəfə Böyük Britaniyanın milli çempionatının qalibi olub. Hər ikisi qara kəmər sahibidir.
Hazırda kollecdə təhsil alan bacı və qardaş həm də Azərbaycan əsilli anaları ilə birlikdə diaspor fəallarıdır. Onlar qatıldıqları bütün yarışlarda və tədbirlərdə Azərbaycan bayrağını dalğalandırmağı, dostlarına və tanışlarına tarixi vətənləri barədə məlumat verməyi özlərinə böyük şərəf hesab edirlər.
Qeyd edək ki, Həyat və Adil İqbal Bhattilər beynəlxalq turnir və yarışlarda Azərbaycanı təmsil etmək arzusundadırlar.