...

Holli Sprinqs şəhərinin rəsmi saytı Azərbaycan Dostluq Təşkilatının fəaliyyətindən bəhs edib

08.12.2021

ABŞ-ın Şimali Karolina ştatındakı Holli Sprinqs şəhərinin http://hollysprings.suburbanlivingmag.com rəsmi xəbər portalında Azərbaycan Dostluq Təşkilatının fəaliyyətindən bəhs edən “Unikal mədəniyyət” sərlövhəli məqalə yerləşdirilib.

Sindi Savoldinin qələmə aldığı məqalədə Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbalın təhsillə əlaqədar ABŞ-a gəlməsi, ailəsi ilə birlikdə Holli Sprinqs şəhərində məskunlaşması qərarı, tarixi vətəni olan Azərbaycanın mədəniyyətinin, milli adət-ənənələrinin və mətbəxinin təbliğ olunması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib. Azərbaycan Dostluq Təşkilatının müxtəlif tədbirlər keçirdiyi, Qarabağ torpaqlarını işğaldan azad edən Azərbaycan hərbçilərinin xatirəsinin yad edilməsi məqsədilə Anım Günü təşkil etdiyi nəzərə çatdırılıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

http://hollysprings.suburbanlivingmag.com/a-unique-culture/