Azərbaycanlı hüquqşünasın məqaləsi “Hasilatın pay bölgüsü müqavilələri” kitabına daxil edilib
London şəhərində yaşayan həmyerlimiz, beynəlxalq hüquqşünas Banuçiçək Hilalqızının məqaləsi qlobal hüquqi bələdçi rolunu oynayan “Hasilatın pay bölgüsü müqavilələri” kitabına daxil edilib.
Kitabda dünyanın əsas neft və qaz yurisdiksiyalarında hasilatın pay bölgüsü sazişlərinin hərtərəfli icmalı təqdim edilib. Həmyerlimizin qələmə aldığı məqalədə Azərbaycanın hasilatının pay bölgüsü sazişlərindən yazılıb və hüquqi baxımdan şərh edilib.
Qeyd edək ki, belə müqavilələr neft-qaz sahəsində ev sahibi olan hökumətlərlə beynəlxalq neft şirkətlərinin münasibətlərini tənzimləyir və bütün dünyada geniş istifadə olunur.
Kitabla bağlı məlumatı aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.globelawandbusiness.com/books/production-sharing-agreements-a-global-legal-handbook