Qazaxıstanın müstəqillik bayramı münasibətilə Türkistan şəhərindəki bir qrup tələbə bir araya gəlib
Qazaxıstanın Türkistan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşəbbüsü ilə ölkənin müstəqilliyinin 30 illiyi və Birinci Prezident Günü münasibətilə dəyirmi masa keçirilib.
Birliyin “Dostluq” ofisində baş tutan tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qırğızıstanı təmsil edən bir qrup tələbə iştirak edib.
Onlar bayramlar münasibətilə qazax xalqını və türk dünyasını təbrik ediblər. Son dönəmdə türk dövlətlərinin birliyini və həmrəylini nümayiş etdirən zirvə toplantılarının keçirilməsini və taleyüklü qərarların qəbul olunmasını alqışlayan gənclər “Biz birlikdə güclüyük!” şüarını səsləndiriblər.