Dövlət Komitəsinin əməkdaşları, diaspor könüllüləri və diaspor nümayəndələri "Yaşıl Marafon" ağacəkmə kampaniyasına qoşulub
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına qoşulub.
Aksiyada diaspor könüllüləri və Azərbaycanda səfərdə olan diaspor nümayəndələri də iştirak edib.
Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Binəqədi Rayon İcra Hakimiyyəti əməkdaşlarının və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin də qatıldığı aksiya zamanı Bakının Xocasən qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 2500-dən çox müxtəlif cinsli ağac əkilib.