Zalsburq şəhərində Azərbaycan mətbəxi günü təşkil edilib
Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Evində milli mətbəx gününə həsr olunmuş tədbir keçirilib.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə icmalarının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Azərbaycan mətbəxinin ləziz təamlarından biri olan qutabla bağlı ustad dərsi təşkil edilib. Azərbaycanlı xanımlar müxtəlif növ qutablar hazırlayıb və onların bişirilmə qaydalarını qonaqlarla paylaşıblar. Azərbaycan təamlarından ibarət süfrə arxasında davam edən tədbir zamanı qonaqlar pandemiyadan sonra milli mətbəximizin geniş ictimaiyyətə təqdimatının təşkil edilməsini arzuladıqlarını dilə gətiriblər.