Azərbaycan Lüksemburqda keçiriləcək beynəlxalq sərgidə təmsil olunacaq
Böyük Lüksemburq Hersoqluğunda keçiriləcək ənənəvi “Beynəlxalq Bazar – 2021” sərgisində ölkəmiz təmsil olunacaq.
Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə yaradılacaq Azərbaycan pavilyonunda qalib ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli mətbəxini və turizm potensialını əhatə edən müxtəlif nümunələr nümayiş etdiriləcək.
Qeyd edək ki, pandemiya məhdudiyyətlərindən sonra ilk dəfə təşkil olunacaq “Beynəlxalq Bazar”da 37 ölkənin iştirakı gözlənilir. Azərbaycan bu tədbirdə 2011-ci ildən iştirak edir.
Noyabrın 26-da açılacaq sərgi üç gün davam edəcək.