...

Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Radasının üzvləri ilə görüş keçirilib

22.11.2021

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyev şəhərindəki mərkəzi ofisində Ukrayna Azərbaycanlı Gənclər Radasının (UAGR) gənclər təşkilatının rəhbərliyi və bir qrup üzvü ilə görüş keçirilib.

Görüş zamanı UAR baş katibi Ceyhun Məmmədov, UAGR sədri, tanınmış müğənni Vaqif Nağıyev və UAGR sədr müavini Qəşəm Əhmədov çıxış edərək, diaspor quruculuğunda gənclərin rolundan danışıblar. Gənclərin Ukraynanı və Azərbaycanı layiqincə təmsil etməsinin, birgə və koordinasiyalı hərəkət etməsinin böyük əhəmiyyət kəsb etməsi, UAR-ın hər zaman gəncləri dəstəkləyəcəyi diqqətə çatdırılıb.

Bildirilib ki, fəaliyyət göstərdiyi iki il ərzində UAGR-ın Ukraynanın 7 vilayətində nümayəndəliyi açılıb. “Qarşıdakı ildə hədəflərimizindən biri nümayəndəliklərin sayını 14-ə çatdırmaq və ümumukrayna təşkilatı statusu almaqdır”, - deyə V.Nağıyev vurğulayıb.

Qeyd edilib ki, 2022-ci ildəki əsas hədəflərdən biri gənclərin və gənclər təşkilatlarının UAGR ətrafında birləşdirilməsidir. Bu istiqamətdə ali məktəblərdə görüşlərin təşkili, gənclər forumunun, “Azərbaycan-Ukrayna dostluğu” adlı layihənin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Görüş geniş fikir mübadiləsinın aparılması ilə davam edib.