...

Azərbaycanlı fotoqraf müəllifi olduğu kitabları Varşava şəhərinin ən böyük kitabxanasına hədiyyə edib

19.11.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Polşada səfərdə olan gənc azərbaycanlı fotoqraf Etibar Cəfərov müəllifi olduğu kitabları paytaxt Varşava şəhərinin ən böyük kitabxanasına (The National Library Palace) hədiyyə edib.
Azərbaycan təbiətinin gözəlliklərini, tarixi və mədəniyyət abidələrinin unikallığını əks etdirən kitablara maraq böyük olub. Bu gündən həmin kitabxanada ölkəmizin füsunkar təbiətini və tarixini əks etdirən kitablar oxucuların ixtiyarına veriləcək.
Qeyd edək ki, ötən həftə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova tərəfindən Etibar Cəfərovun müəllifi olduğu, Azərbaycanın təbliği üçün nəzərdə tutulmuş 7 adda kitab Finlandiyanın paytaxtı Helsinki şəhərində dövlət kitabxanasının Qafqaz bölməsində fotoqrafın təşəbbüsü ilə yaradılmış “Azərbaycan” guşəsinə yerləşdirilib.