İtaliya paytaxtında Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib
Roma şəhərində Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin birinci ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə təşkil edilən aksiya zamanı paytaxtın 52 nəqliyyat dayanacağındakı elektron lövhələrdə “Zəfər üçün sülh” adlı fotomateriallar yerləşdirilib.
Fotomateriallarda Şuşa qalasının, Azərbaycan əsgərlərinin azad edilmiş torpaqlarımıza üçrəngli bayrağımızı sancmasının və “Xarı bülbül” rəmzinin təsvirləri əks olunub.
Aksiya 14 gün davam edəcək.
Aksiyanın görüntülərini aşağıdakı videolink vasitəsilə izləmək olar: