Azərbaycanlı rəssam İtaliyada keçirilən beynəlxalq sərgidə mükafat qazanıb
İtaliyada keçirilən Torino beynəlxalq incəsənət sərgisində iştirak edən tanınmış azərbaycanlı rəssam Elay Məmmədov “Paratissima-2021” mükafatına layiq görülüb.
Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu olan və İtaliyada yaşayan Elay Məmmədovun "Domesticated Red" əsəri boyakarlıq nominasiyası üzrə mükafat qazanıb.
Qeyd edək ki, sərgidə Avropa və digər qitələrdən 130 rəssamın əsəri nümayiş etdirilib. Onlardan yalnız 16 sənətkarın əsəri müxtəlif nominasiyalar üzrə “Paratissima-2021” mükafatı ilə təltif edilib. Bu rəssamlar 2022-ci ilin keçiriləcək növbəti sərgidə iştirak etmək hüququnu əldə ediblər.