ABŞ-ın Kaliforniya ştatında Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib
ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşün əvvəlində ölkəmizin Dövlət Himni səsləndirilib, Qarabağ müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, diaspor nümayəndələrinə indiyədək gördükləri işlərə görə təşəkkür edib və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb, Koordinasiya şuralarının və "Azərbaycan evləri"nin bu istiqamətdəki əhəmiyyətli rolundan söz açıb, soydaşlarımızı "Azərbaycan evləri"nin fəaliyyətində aktiv iştirak etməyə səsləyib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.