Rotterdamda Zəfər Günü münasibətilə şahmat turniri təşkil edilib
Niderlandın Rotterdam şəhərində fəaliiyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin nəzdindəki “Qarabağ” idman klubunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan “Zəfər türniri”ndə 7-14 yaş arası şahmatçılar iştirak ediblər.
Turniri giriş sözü ilə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov açıb. Qarabağda əldə etdiyimiz parlaq qələbəyə həsr olunmuş turniri məmnunuyyətlə təşkil etdiklərini vurğulayan konqres sədri şahmatçılara uğurlar arzulayıb. 7 raunddan ibarət olan turnirin qalibi Əli Məmmədov olub. II yeri Əli Yılmaz, III yeri Xosrov Ağayev qazanıb.
Qaliblərə və iştirakçılara kuboklar və sertifiktlar təqdim olunub.
Qeyd edək ki, şahmatçıların gərgin mübarizəsini Azərbaycan və türk icmalarının nümayəndələri izləyiblər.