...

Türkistan şəhərində Zəfər Günü münasibətilə sərgi təşkil olunub

15.11.2021

Qazaxıstanın Türkistan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsm sərgisinin açılış mərasimi keçirilib. Şəhla Cəfərovanın təşkilatçılığı ilə Qazaxıstan və Azərbaycan İncəsənət Qalereyasında baş tutan mərasimdə yerli ictimaiyyətin və diasporumuzun nümayəndələri iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən qalereyanın rəhbəri Şəhla Cəfərova və başqaları xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını Azərbaycanın möhtəşəm bayramı münasibətilə təbrik ediblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Qarabağı işğaldan azad etməsi böyük tarixi və qürurverici hadisə adlandırılıb.
Sərgidə 67 əsər nümayiş etdirilib. Qalereyanın nəzdindəki rəsm kurslarında təhsil alan qazax, türk, rus və çinli gənclərin müəllifi olduqları əsərlərin əksəriyyəti Azərbaycan mövzusunu əhatə edib.
Tədbir gənc rəssamlara sertifikatların və təşəkkürnamələrin təqdim olunması ilə yekunlaşıb.