...

Qırğızıstan şəhərlərində Zəfər Günü ilə əlaqədar aksiya keçirilib

12.11.2021

Qırğızıstanın Bişkek, Oş və Kant şəhərlərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlıların Birliyi”nin təşkilatçılığı ilə baş tutan aksiya zamanı şəhərlərin mərkəzi küçələrində quraşdırılmış rəqəmsal bilbordlarda Azərbaycanın Zəfər Günü barədə fotolar və məlumatlar nümayiş etdirilib.

Paytaxtın “Intımak” parkında isə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş fləşmob təşkil edilib. Aksiya zamanı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmış fənərlər səmaya buraxılıb.