...

Gürcüstanda “Şuşa - tarixi, mədəni, strateji əhəmiyyətli qala şəhər” kitabının təqdimatı keçirilib

11.11.2021

Gürcüstanın Milli Parlament Kitabxanasında və Qardabani Gənclər Mərkəzində professor Elçin Əhmədovun “Şuşa - tarixi, mədəni, strateji əhəmiyyəti qala şəhər” adlı kitabının təqdimatı keçirilib.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin dəstəyi ilə gürcü dilinə tərcümə olunmuş kitabda Ulu öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşaya tarixi səfərləri, bu gözəl diyar, tarixi abidələri ilə bağlı fikirləri öz əksini tapıb.
Bununla yanaşı, kitabda Ulu öndər Heydər Əliyevin Şuşaya səfəri, Şuşanın tarixi, statistik göstəriciləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri barədə ətraflı məlumatlar verilib.
Kitabda son vaxtlar Şuşada aparılan quruculuq və abadlıq işləri, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə diaspor nümayəndələrinin, eləcə də gürcü bloger və jurnalistlərinin Şuşaya səfərləri barədə foto və xatirələr də yer alıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, elm, mədəniyyət və incəsənət nümayəndələri kitabı yüksək qiymətləndirib, bu elmi əsərin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın tarixinin ətraflı öyrənilməsində dəyərli elmi mənbə olduğunu bildiriblər.