...

İsveçrədə Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib

11.11.2021

İsveçrənin müxtəlif şəhərlərində Vətən müharibəsinin başa çatmasının birinci ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

Bern, Sürix, Lozanna, Cenevrə, Lusern, Bazel, Lugano, St.Gallen şəhərlərinin izdihamlı yerlərində quraşdırılmış lövhələrdə alman və fransz dillərində “Açar” adlı məlumat, Ağdam şəhərinin Qarabağ münaqişəsinə qədər (1988) və sonrakı görüntüləri (2011), “Xarı bülbül” rəmzi, “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

“Açar” adlı məlumatda 71 yaşlı Fitat Qəhrəmanovanın 1993-cü ilin avqustuna qədər Cəbrayıl rayonunun Balyand kəndində yaşamasından, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkünə çevrilməsindən və 27 il ərzində zorən didərgin düşdüyü evinin açarını qoruyub saxlamasından bəhs edilib. “Amma indi o, açmaq üçün qapını tapır...”, - deyə Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdiyinə diqqət cəlb edilib.

Aksiya bir həftə ərzində davam edəcək.