...

Neapol-Bakı Assosiasiyası azərbaycanlı tələbələrin problemini həll edib

11.11.2021

İtaliyada fəaliyyət göstərən Neapol-Bakı Assosiasiyası bu ölkənin Bolonya şəhərində təhsil alan azərbaycanlı tələbələrə dəstək göstərib.

Azərbaycanlı tələbələrin sözlərinə görə, ERASMUS+ layihəsi çərçivsində bir həftəlik "Gənc valideynlər – Gənc səlahiyyətlər" treninq kurslarında iştirak edərkən müxtəlif ölkələrdən olan tələbələrlə birlikdə Neapol, Pompey, Parete kimi şəhərlərə səfərlər ediblər.

Neapolda kiçik problemlə qarşılaşdıqları üçün gənc soydaşlarımız sosial şəbəkə üzərindən Neapol-Bakı Assosiasiyasının “Facebook” səhifəsinə müraciət ediblər. “Assosiasiyanın prezidenti Cüzeppe Kanilya bizimlə yaxından maraqlandı və problemin həll olunması üçün öz dəstəyini əsirgəmədi. Ona və təşkilata xüsusi təşəkkümüzü bildirir, cənab Kanilyanı və belə təşkilatı tanımağımızdan məmnunluğumuzu ifadə edirik”, - deyə tələbələr vurğulayıblar.