...

İstanbulda “Şuşanın Azadlığı və Qarabağ Zəfər Bayramı” adlı tədbir təşkil edilib

11.11.2021

İstanbulda “Şuşanın Azadlığı və Qarabağ Zəfər Bayramı” adlı tədbir təşkil
olunub.
“İpək Yolu” Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Türkiyə Evinin (ATEV)
birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ilk olaraq hər iki ölkənin şəhidlərinin əziz
xatirəsi yad edilib, Dövlət Himnləri səsləndirilib.
Tədbirdə millət vəkilləri, bələdiyyə başqanları, siyasi partiya təmsilçiləri, dövlət
rəsmiləri, elm adamları, sənətçilər və Azərbaycan diaspor nümayəndələri,
Türkiyədə reabilitasiya keçən Vətən müharibəsi qaziləri daxil olmaqla,
ümumilikdə 10 ölkədən 400 nəfərdən artıq qonaq iştirak edib.
Tədbiri giriş sözü ilə “İpəkyolu” Strateji Araşdırmalar Mərkəzinin başqanı Dr.
Seyfullah Türksoy və ATEV başqanı Tənzilə Rüstəmxanlı açıb. 44 günlük Vətən
müharibəsi dövründə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq
münasibətlərinin daha da möhkəmləndiyi bildirilib.
Tənzilə Rüstəmxanlıya “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzi tərəfindən fəxri
ad və plaket təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.