Yekaterinburqda Boris Yeltsin adına Prezident Mərkəzi Azərbaycan bayrağının rənglərinə boyanıb
Rusiyanın Yekaterinburq şəhərindəki Boris Yeltsin adına Prezident Mərkəzi 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Aksiya Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının təşəbbüsü ilə həyata keçirilib.