Serbiya mediasında Zəfər Günündən bəhs edilib
Serbiyanın https://www.danas.rs xəbər portalında 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Azərbaycanın qələbəsinin birinci ildönümü” sərlövhəli məqalə yayımlanıb.
Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə təqdim olunan məqalədə ölkəmizin son 30 ilə yaxın tarixinə ekskurs edilib. Azərbaycan dövlətinin təkbaşına BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad edilməsinə dair qətnamələrini icra etməyə məcbur olduğu, döyüş meydanında aciz qalan Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozaraq, dinc Azərbaycan əhalisinə qarşı dəhşətli müharibə cinayətləri törətdiyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan ordusunun hünəri nəticəsində ölkəmizin tarixi qələbə qazandığı və s. barədə müfəssəl məlumat nəzərə çatdırılıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.danas.rs/svet/prva-godisnjica-pobede-azerbejdzana