...

Azərbaycan nümayəndə heyəti İsrailin rəsmi şəxsləri ilə görüşüb

10.11.2021

İsraildə səfərdə olan Azərbaycan nümayəndə heyətinin Knessetdə və Qiryat Yearim şəhər meriyasında görüşləri keçirilib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə baş tutan görüşlərdə Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-İsrail parlamentlərarası qrupun sədri Anatoli Rafailov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Xəyalə Hüseynova və “Azİz”in prezidenti Lev Spivak iştirak ediblər.

Knessetin deputatı Elina Bardaç-Yalova, İsrailin maliyyə naziri Aviqdor Liberman və Qiryat Yearim şəhərinin meri David Even-Zurla baş tutan görüşlər zamanı ölkələrimiz arasında məhsuldar əməkdaşlığın müxtəlif aspektləri, parlamentlərarası əlaqələr və İsraildəki Azərbaycan diasporu ilə bağlı məsələlər müzakirə edilib.