...

Bişkekdə Zəfər Günü münasibətilə fotosərgi nümayiş etdirilib

10.11.2021

Bişkek şəhərindəki Qapara Aytiyeva adına Qırğız Milli Təsviri İncəsənət Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş fotosərginin açılış mərasimi keçirilib.

“Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlıların Birliyi”nin təşkil etdiyi tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, “Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlıların Birliyi”nin sədri Xansıvar Baxşəliyev möhtəşəm bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər. Vətən müharibəsi dönəmində xalqımızın və xaricdə yaşayan soydaşlarımızın misilsiz birlik və həmrəylik göstərdikləri, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiklərini bildirilib.

Sərgidə xalqımızın qələbə sevincini, müharibədən sonra baş verən prosesləri əks etdirən və azad olunmuş torpaqlarımızda Ermənistanın törətdiyi vandalizm aktlarını sübut edən fotomateriallar nümayiş etdirilib.