...

Saloniki şəhərində Zəfər Günü qeyd edilib

10.11.2021

Yunanıstanın Saloniki şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Bayrağım Qarabağda” adlı bayram tədbiri keçirilib.

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Saloniki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Yunanıstandakı səfirliyinin konsulu Qafqaz Aslansoy, Türkiyənin Salonikidəki baş konsulu Efe Ceylan, türkiyəli diplomatlar, Türkiyənin “Hürriyyət” qəzetinin əməkdaşları Qurbet Gökçe, Mehmet Yirun, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən cəmiyyətin sədri Rəşid Məmmədov, Qafqaz Aslansoy və Efe Ceylan xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik ediblər. Natiqlər bildiriblər ki, xalqımız və diasporumuz öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib və Qarabağa qovuşmaq naminə misilsiz qələbə qazanıb.

Tədbir konsert proqramı ilə davam edib.