Çexiyanın şəhərlərində Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiyalar təşkil edilib
Çex Respublikasının şəhərlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.
Diasporl İş üzrə Dövlət Komitəsinin dəstəyi və Çex-Azərbaycan Birliyinin təşəbbüsü ilə aksiya Praqa, Karlovı Varı, Plze, Olomouc, Ostrava, Tabor, Ceske Budejovice, Jihlava, Strakonice, Usti nad Labe, Liberec, Hradec Kralove, Zlín, Ucherský Hradiste şəhərlərində baş tutub.
Aksiya zamanı 27 bilbordda Azərbaycanın dövlət bayrağının və azad olunmuş Şuşa şəhərinin təsviri fonunda “8 noyabr 2020. Qarabağa sülhün gəldiyi gündür” məlumatı əks olunub.