Ankarada Zəfər Günü münasibətilə konsert keçirilib
Ankara Böyükşəhər Bələdiyyəsi və “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin birgə təşkilatçılığı ilə böyük Zəfərin birinci ildönümündə “Anadoludan Xəzərə: Zəfər Qardaşlığı” adlı konsert proqramı təşkil olunub.
Konsert proqramından əvvəl türk dünyasının şəhidləri rəhmətlə anılıb, Qarabağa dair video-çarx izləyiciləri duyğulandırıb. “Bir millət, iki dövlət” şüarından yola çıxan Azərbaycan və Türkiyə dövlətlərinin dostluq və qardaşlığının daimi olacağına inam ifadə edilib. Zəfər coşqusunu birlikdə yaşamağın verdiyi sevinc və qürur hissləri xüsusilə vurğulanıb.
Ankara sakinləri Gülçöhrə Sanqunun rəhbərlik etdiyi “Xəzər”Azərbaycan Xalq Rəqsləri Dərnəyinin rəqqaslarının ifasında milli rəqsləri böyük maraqla izləyiblər.